Ölkə

Bakıda qonşusunu bıçaqlayan Avropa çempionuna hökm oxundu

24 May 2018 11:57
0 Şərh     Baxış: 1 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Bakı şəhər sakini Xətai Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il paytaxtın Nərimanov rayonunda 1983-cü il təvəllüdlü X.Məmmədov qonşusu Niyaməddin Rüstəmovu bıçaqlayıb.

Hadisəyə səbəb avtomobilin parklanması üstündə yaranmış mübahisə olub.

X.Məmmədov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, X.Məmmədov 1999-cu ildə cüdo üzrə Polşada keçirilən Avropa çempionatının qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.