Ölkə

Sumqayıtda ağacları kəsən şəxs cərimələndi - FOTO

24 May 2018 12:08
0 Şərh     Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

ETSN-dən Milli.Az-a verilən məlumata görə, reyd zamanı Sumqayıt şəhəri, 14-cü məhəllədə 4 ədəd tut və 1 ədəd qarağac ağaclarının budaqlarının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların budaqlarının Sumqayıt şəhər sakini Rəşad Tağıyev tərəfindən kəsildiyi müəyyən olunub və faktla bağlı protokol tərtib edilib. Qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 1000 manat məbləğində cərimə olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.