Ölkə

Balakəndə narkobaron həbs edildi: evində laboratoriya və silah-sursat aşkarlandı

24 May 2018 11:41
0 Şərh     Baxış: 3 351
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakəndə narkobaron həbs edilib, onun yaşadığı evdə narkotik vasitələri istehsal etmək üçün laboratoriya və silah-sursat aşkarlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri keçirib. RPŞ-yə daxil olmuş məlumat əsasında rayonun Qaysa kəndində anadan olan, 1971-ci il təvəllüdlü Məmməd Əli oğlu Şamxalovun Balakən şəhərindəki fərdi yaşayış evində əməliyyat tədbiri aparılıb.

Tədbir nəticəsində rayonda və respublika ərazisində narkobaron kimi tanınan və bu günə qədər  məsuliyyətdən yayınmağı bacaran Məmməd Şamxalovun yaşadığı evdə 57 kiloqram qurudulmuş marixuana, 2147 ədəd çətənə toxumu, müxtəlif təyinatlı silahlar və  narkotik vasitələrin istehsal etmək üçün avadanlıqla təchiz olunmuş laboratoriya aşkar edilib. Evin həyətyanı sahəsində isə kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən 135 ədəd çətənə bitkisinin kolları aşkar olunub. Narkotik vasitələr və silahlar maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı Balakən rayon PŞ-də istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.