Ölkə

Qazaxda yol qəzasında ana və oğlu yaralandı

24 May 2018 10:10
0 Şərh     Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Ürkməzli kəndinə gedən yolda minik avtomobilinin qəzaya uğraması nəticəsində Qazax şəhər sakinləri, 1967-ci il təvəllüdlü Aləmzar Hüseynov, 1961-ci il təvəllüdlü Gülsabə İsmayılova və onun oğlu, 1997-ci il təvəllüdlü Asəf Əliyev bədən xəsarətləri alaraq, Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.