Ölkə

Dövlət Reklam Agentliyi yeni avtomobillər aldı - FOTO

23 May 2018 18:40
Baxış: 1 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Reklam Agentliyi işin effektivliyini artırmaq üçün maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atır.

Milli.Az xəbər verir ki, agentlikdən APA-ya verilən məlumata görə, artıq müfəttişlərin ərazilərdə monitorinqlər aparması üçün yanacaq sərfiyyatı az olan, ekoloji cəhətdən təmiz avtomobillər alınıb.

Sahibkarlarla ünsiyyət zamanı işin daha şəffaf aparılması üçün həmin avtomobillər video-müşahidə kameraları ilə təchiz olunub.

"Agentliyin əsas vəzifələrindən biri də açıq məkanda estetik baxımdan yararsız reklamların yayımının qarşısını almaq, Azərbaycan dilinin dövlət dili olaraq qorunmasını və bu sahədə ekosistemin inkişafını təmin etməkdir, - deyə məlumatda bildirilir. 

Dövlət Reklam Agentliyi Prezident İlham Əliyevin 20 iyun 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Agentliyin yaradılmasında əsas məqsəd açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni həyata keçirməkdir.

"Agentliyin strukturuna daxil 11 Ərazi Reklam İdarəsi yaradılıb. Hazırda bu sahədə mövcud qanunvericiliklə bağlı sahibkarlarla mütəmadi görüşlər keçirilir, maarifləndirici tədbirlər aparılır. Mövcud prosedurların sadələşdirilməsi məqsədi ilə elektron müraciət sisteminin yaradılması yönündə müvafiq işlər yekunlaşmaq üzrədir. Göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədi ilə "Reklam daşıyıcılarının onlayn qeydiyyatı" sistemi tezliklə Agentliyin rəsmi internet səhifəsinin tərkib hissəsi olaraq istifadəyə veriləcək. Hər bir reklam yayıcısı səhifədə qeydiyyatdan keçməklə reklam yayımı xərclərini hesablaya və yeni reklam qurğularının qeydiyyatı üçün müraciət edə biləcək. Agentliyin müfəttişlərinin innovativ texnologiyalarla təhciz olunması istiqamətində görülən işlərə əsasən, qurum üçün xüsusi hazırlanmış reklam səthini məsafədən ölçmə cihazı da tezliklə istifadəyə veriləcək", - deyə Agentlikdən bildirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.