Ölkə

"TuranBank"a hücum edən şəxsin məhkəməsi başladı

22 May 2018 15:45
0 Şərh     Baxış: 1 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində banka hücum etməkdə təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, təqsirləndirilən şəxs özünə yeni vəkil tutub.

Vəkil işlə tanış olmaq üçün məhkəmədən 1 həftə vaxt istəyib.

Vəkilin vəsatəti təmin olunub və növbəti məhkəmə prosesi mayın 29-na təyin edilib.

İttihama görə, ötən il "TuranBank" ASC-nin Yasamal filialında naməlum şəxs bankda müştəri olan, 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanı bıçaqla hədələyərək xəzinədarlıqdan pul verilməsini tələb edib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib və həmin şəxs tərksilah edilərək tutulub.

Araşdırma zamanı həmin şəxsin paytaxtın Yasamal rayon sakini, 1967-ci il təvəllüdlü Məmmədov Nazim Novruz oğlu olduğu müəyyən edilib.

N.Məmmədov quldurluqda təqsirləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.