Ölkə

2018-ci il dövlət büdcəsində neftin qiyməti üzrə proqnoz artırıla bilər

22 May 2018 16:08
Baxış: 1 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"2018-ci il Azərbaycan dövlət büdcəsində müəyyən olunmuş neft qiyməti 55 dollaradək artırıla bilər".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Deputat bildirib ki, hazırda neftin qiyməti büdcədə müəyyən olunmuş 45 dollar məbləğini çox üstələyir:

"Dövlət büdcəsi ilin ortasında müzakirəyə çıxarıla bilər. Əgər bizə hökumət tərəfindən təklif daxil olarsa, fikrimcə, optimal qiymət bir barel üçün 55 dollar ola bilər".

O, həmçinin əlavə edib ki, gündəlikdə ölkədə əməkhaqlarının artırılması məsələsi də var:

"Əməkhaqlarının artırılması mart, bəzi təşkilatlarda isə may ayında başlayıb. İlkin qiymətləndirmələrə görə, bunun üçün 600 milyon əlavə vəsait tələb olunacaq. Məsələ struktur dəyişiklikləri, əlavə vəsaitlərin cəlb olunması yolu ilə və ya neft qiymətlərinin artması nəticəsində müsbət fərq hesabına həll oluna bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.