Ölkə

Beyləqanda AĞIR QƏZA - hərbi qulluqçu həlak oldu

22 May 2018 15:14
4 Şərh     Baxış: 3 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyləqan rayonu ərazisində ağır yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında rayonun Qaradağlı kəndi ərazisində baş verib.

42 CA 252 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan hərbçi Murad Muradov dünyasını dəyişib. Avtomobilin sürücüsü və daha bir sərnişin qadın ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, həlak olan hərbçi hərbi hissədən məzuniyyət götürüb evlərinə gəlirmiş.

Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.