Ölkə

Təranə Qumralın həbs olunacağı xəbərinə CAVABI: Danışmaq istəmirəm

22 May 2018 11:36
27 Şərh     Baxış: 14 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış müğənni Təranə Qumral (Təranə İbrahimova) qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli şəkildə icra etməməkdə təqsirlədirilir. 

Milli.Az 3 ilədək azadlıqdan məhrum edilə biləcəyi deyilən xanım müğənni ilə əlaqə saxlayıb.

T.Qumral criminal.az-da yayılan bu xəbərlə bağlı danışmaqdan imtina edib, "O barədə heç nə danışmaq istəmirəm" deyərək telefonu söndürüb.

Qeyd edək ki, işin baxılması Nərimanov Rayon Məhkəməsinin hakimi Rəşad Abdulovun icraatına verilib. İş üzrə zərərçəkənlər müğənni Nazənin Salayeva, Məhəbbət Həsənov və Pərviz Abbasovdur. Məhkəmənin hazırlıq iclası mayın 29-a təyin olunub. 

Zərərçəkənin vəkili Ceyhun Yusifov faktı təsdiqləyib. 

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.