Ölkə

Şəhid olan əsgərimiz dəfn edildi- YENİLƏNİB - VİDEO - FOTO

21 May 2018 15:56
25 Şərh     Baxış: 7 253
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:56

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu dəfn edilib.

Milli.Az report.az-a istinadən bildirir ki, şəhid rayonun Qıraq Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Şəhidin dəfn mərasimində ailə üzvləri ilə yanaşı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Ağstafa Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və sadə insanlar iştirak ediblər.

Şəhidin məzarı üzərində yaylım atəşi açılıb. 

------------

13:54

Dünən Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov Ağstafa rayonunda dəfn olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhid əsgərin Qıraq Kəsəmən kənində olan evində vida mərasimi keçirilib.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid hərbçinin xidmət etdiyi hərbi hissənin, Müdafiə Nazirliyinin təmsilçiləri çıxış ediblər. Adil Tatarovun nümunəvi əsgər olduğu, düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olduğu vurğulanıb.

Şəhid əsgər Qıraq Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, ailənin yeganə oğlan övladı olan A.Tatarov 4 bacının qardaşı olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn edilib

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.