Ölkə

İlk dəfə - Azərbaycanlı bloger dünya şöhrətli turizm məkanının rəsmi tərəfdaşı oldu

21 May 2018 13:02
2 Şərh     Baxış: 4 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış food&travel bloger Fərhad Aşurbəyli Türkiyənin Yalıkavak Marina (Bodrum) turizm məkanının rəsmi tərəfdaşı seçilib.

Milli.Az xəbər verir ki, ilk dəfədir ki, azərbaycanlı bloger dünya şöhrətli turizm məkanının rəsmi tərəfdaşı qismində fəaliyyət göstərəcək.

Bildirilir ki, Fərhad Aşurbəyli Yalıkavak Marinanın potensialını, onun qastroturizm imkanlarını Azərbaycan və MDB ölkələrində təbliğ edəcək. Yay boyunca bloger Aralıq dənizi sahilindəki unikal kurort və onun ərazisində yerləşən və ondan da geri qalmayan çimərlik haqqında məlumat yayacaq.

Xatırladaq ki, Fərhad Aşurbəyli bir çox ölkələri ziyafət edən səyahətçi, həmçinin Azərbaycanın turizm potensialını dünyada təbliğ edən, eləcə də son 8 ildə qastronomya və qasroturizmlə məşqul olan (www.facebook.com/fashur,  www.ashurbeyli.blog) blogerdi.

Sosial şəbəkələrin inkişafı Azərbaycan blogerləri üçün yeni imkanlar yaradır. İlk təcrübədən sonra xarici tərəfdaşlar tərəfindən yerli blogerlərə marağın daha da artacağı gözlənilir.

Qeyd edək ki, Yalıkavak Marina - Aralıq dənizinin ən böyük limanı olmaqla, dünya səviyyəli ən böyük yaxta infrastrukturunu təqdim edir. Ümumilikdə 620 körpüsü olan Yalıkavak Marina, Türkiyədə super və meqa tipli yaxtaların yan alması üçün ən çox yeri olan liman sayılır. Burada uzunluğu 135 metrədək olan yaxtaların yan alması üçün 69 dok var.

2018-ci ildə Yalikavak Marina meqayaxtalar üçün limanlar kateqoriyasında "Qızıl lövbər" (GoldenAnchor) mükafatı alıb - bu liman sənayesində ən yüksək keyfiyət və xidmət standartı sayılır.

Yalıkavak Marina eyni adlı qəsəbədə, yarımadanın şimal-qərbində, Bodrum şəhərindən 18 kilometr məsafədə yerləşir.

2002-ci ildə Yalıkavak öz təmiz suyuna görə Avropa İttifaqının beynəlxalq "Mavi Bayraq" (BlueFlag) mükafatını alıb.

Burada Bill Qeyts öz superyaxtasını saxlayıb, bu limanın sayəsində Roman Abramoviç Bodrumu özünün ən sevimli yerlərindən biri sayır. Caqqer, Rotşild, Vindzor -Yalıkavak Marinanın qonaqlarının siyahısı ən eksklüziv toplantıların qonaqlarının siyahısını xatırladır.

Zərif Nisə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.