Bu, sosial ədalət prinsipinə uyğun deyil - Sosial mənzillərin verilməsi ilə bağlı yeni təklif
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial mənzillərin satışı ilə bağlı mayın 7-də keçirilmiş seçim mərhələsinin nəticələri ləğv edildikdən sonra seçim meyarlarının təkmilləşdirilməsi və yeni mexanizmlərinin tətbiqi daha da aktuallaşıb.
Milli.Az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Ekspertin fikrincə, güzəştli mənzil seçimində "first-come, first-served" prinsipi seçimdə ədalətin təmin edilməsi üçün yetərli deyil: "Belə görsənir ki, kompüterdə daha cəld işləyə bilənlər ev seçimində daha çox üstünlüyə malikdir. Halbuki, bu yanaşma sosial meyar deyil, daha çox texniki vərdişlərlə bağlıdır və güzəştli mənzil seçimində sosial mexanizimlərinin tətbiqinə ehtiyac var.
Təssəvür edin ki, həyat yoldaşını itirmiş və himayəsində uşaqlar olan xanım kompüterdən cəld istifadə edə bilmədiyinə görə sosial evə sahib olmaqdan mərhum olur. Bu, təbii ki, sosial ədalət prinsipinə uyğun deyil".

V.Batramov vəziyyətdən çıxış yolu üçün təklif də verib: "Güzəştli kateqoriya prinisipi saxlanılmaqla "çevik seçim" mexanizmdən sosial meyarlara keçid həyata keçirilməlidir. Təxminən 8 minə yaxın vətəndaşımız sosial mənzilə sahib olmaq istəyir. Daha məqsədəuyğun olardı ki, Mənzil İnşaatı Dövlət Agentliyi müraciətlərinin sosial struktruna uyğun olaraq seçim meyarları müəyyənləşdirsin. Müraciətlər sosial kriteriyaya uyğun olaraq qruplaşdırılmalıdır. İlkin olaraq daha çox sosial dəstəyə ehtiyacı olan vətəndaşlar evlə təmin edilməlidir.
Birinci mərhələdə mənzili olmayan şəhid ailələri, ailə başçısını itirmiş ailələr və mənzili olmayan elmlər doktorlarına mənzillər təklif edilə bilər. Xüsusən də, himayəsində azyaşlı uşaqları olan həyat yoldaşını itirmiş xanımlara belə imkan yaradılması məqsədə uyğundur. Çünki həmin ailələrin daha çox sosial qayğıya ehtiyacı olduğundan onların mənzil probleminin ilk növbədə həll edilməsi vacibdir. Çoxuşaqlı, evi olmayan aztəminatlı ailələr də prioritet qrupa daxil oluna bilər. Sonrakı mərhələdə isə digər sosial qrupların güzəştli mənzillərdən istifadə imkanı verilməlidir. Bütövlükdə, mənzil bölgüsündə ardıcıllığın texniki deyil, sosial meyarlar üzrə müəyyənləşdirilməsinə ehtiyac var".
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıdan Tovuza qonaq gedən uşağı maşın vurdu - Vəziyyəti ağırdır
-
Bakı-Qazax yolunda qəza - Ölən var
-
“Oynadığım obraz karmama çevrilib“
-
Türkiyədə temperatur 49 dərəcəyə yüksəldi
-
Xocavənddə mina partlayıb - Xəsarət alan var - (Yenilənib)
-
Hacıqabulda qəza: Bir nəfər ölüb
-
Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər həbs olundu
-
Venesuela 51-ci ştat elan edildi
-
Tovuzda ağır qəza - Yaralanan var
-
Sumqayıtda 4-cü mərtəbədən yıxılan kişi xəstəxanada öldü
-
Daha bir tiktoker həbs edildi
-
Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq
-
"İlanlı qız" polis tərəfindən saxlanıldı
-
Paşinyan yenidən Baş nazir oldu - (Yenilənib)
-
Qalmaqallı görüntülərlə bağlı açıqlama: “Məqsədim heç kəsi alçaltmaq deyil” - (Video)
-
Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
-
“Arsenal” Vinisius üçün “Real”a fantastik məbləğ təklif etdi
-
Cənubi Koreyada rekord istilər qeydə alındı
-
Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi
-
Ayın 3-də 39 dərəcə isti olacaq - Proqnoz
-
Lerikin uzunömürlü sakini öldü
-
Nəriman Həsənzadə dəfn olundu - (Yenilənib)
-
Tofiq Məmmədov vəfat etdi
-
İran ordusu yenidən İraqın şimalını PUA-larla vurdu





