Ölkə

Siyavuş Novruzov: "Bundan sonrakı fəaliyyətimizdə işimizi elə qurmalıyıq ki, ölkəmizə qarşı belə cəhdlərin qarşısı alınsın"

18 May 2018 13:13
Baxış: 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AŞ PA-nın qərarı ilə bağlı məsələdə söhbət Səməd Seyidovdan deyil, ümumilikdə Azəbaycandan gedir. AŞ PA-da atılan addımlar Azərbaycana, ölkəmizin iqtisadi inkişafına qarşı atılan addımdır. Azərbaycanı gözü götürməyənlər ölkəmiz haqqında mənfi imic formalaşdırmaq istəyirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətlərimizin üzvləri birgə, planlı şəkildə fəaliyyət göstərməlidirlər: "Bundan sonrakı fəaliyyətimizdə işimizi elə qurmalıyıq ki, ölkəmizə qarşı belə cəhdlərin qarşısı alınsın. Hər bir insan öz ölkəsinin maraqlarını müdafiə etmək istəyir. Olmayan bir şeyi ölkəmizin üzərinə yazmaq böhtandır. Biz bu istiqamətdə işimizi davam etdirməli, ölkəmizin maraqlarını bütün çərçivələrdə müdafiə etməliyik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.