Ölkə

Azərbaycanda 900-dən çox insan İİV-dən ölüb

18 May 2018 12:12
0 Şərh     Baxış: 1 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2018-ci ilin 4 ayında Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5831 nəfər rəsmi qeydiyyatdadır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Eldəniz Muradov deyib.

O bildirib ki, onlardan 4138-i kişi, 1693-ü qadındır.

QİÇS mərhələsində olan vətəndaşların sayının 2103 nəfər olduğunu deyən E. Muradovun sözlərinə görə, 1987-ci ildən bu günə kimi İİV infeksiyasından 904 nəfər dünyasını dəyişib.

O qeyd edib ki, 2006-cı ildən antiretrovirus terapiyaya 4427 insan cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.