Ölkə

Azərbaycanda duzsuzlaşdıran dəniz suyu harada istifadə olunur?

18 May 2018 13:00
0 Şərh     Baxış: 1 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Dənizi Suyunun Duzsuzlaşdırılması Kompleksinə daxil olan dəniz suyunun duzsuzlaşdırılması zavodu sutkalıq 2000 kubmetr təmiz su istehsal etmək gücünə malikdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə şöbəsinin müdiri Rasim Səttar-zadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bütün dünyada təmiz suya ehtiyac çoxalmaqdadır: "Azərbaycanda şirin su ehtiyatları az olsa da, bu, su qıtlığının yaranması demək deyil. Ölkədə gələcəkdə su mənbələrinin tədqiqi məqsədilə müasir, dəniz suyunun duzsuzlaşdırılması zavodu tikilib".

R.Səttar-zadə bildirib ki, 2013-cü ildən fəaliyyətə başlayan zavod sutkalıq 2000 kubmetr təmiz su istehsal etmək gücünə malikdir: "Ondan təmiz içməli su da istehsal etmək olar. Hazırda onun da bir hissəsi təmiz içməli su kimi hazırlanır".

R.Səttar-zadə əlavə edib ki, müəssisədə bu günədək 3 894 634 kub metr həcmində dəniz suyu qəbul edilib və bundan 1 687 995 kub metr həcmində təmiz su istehsal olunub. İstehsal olunan sudan Ələt-Salyan avtomobil yolunun ətrafında salınmış yaşıllıqların və komplekslərin tərkibində yaradılmış tinglik sahələrinin suvarılmasında istifadə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.