Ölkə

DYP-dən XƏBƏRDARLIQ - Bu dəfə onların videosunu çəkən sürücülərə

18 May 2018 11:42
17 Şərh     Baxış: 8 552

DİN Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarını pozan, yol polisi tərəfindən saxlanıldıqda tabesizlik göstərən və onların videosunu çəkərək sosial şəbəkələrdə yayan bəzi sürücülərə xəbərdarlıq edib.

İdarədən MiIli.Az-a verilən məlumata görə, son vaxtlar yol polisi əməkdaşları tərəfindən saxlanılan bəzi sürücülər bilərəkdən inspektorlara qarşı qərəzli hərəkətlər göstərərək tabesizlik nümayiş etdirirlər: "Onlar bu cür vəziyyətləri avtomobildə quraşdırılmış videoqeydiyyat cihazi vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayır və özlərini haqlı çıxarmağa çalışırlar. Bəziləri isə həmin videolarda yol polisinə qarşı tabesizlik göstərməsini, cərimə yazılmadan yola davam etməsini "qəhrəmanlıq" kimi qələmə verməyə çalışır. Lakin unudurlar ki, polis yollarda bu sürücülərin təhlükəsiz, sag-salamat evlərinə qayıtması üçün xidmət aparır. Bir halı da nəzərə almaq lazımdır ki, hər bir sürücü yol-patrul xidməti əməkdaşının "saxla" işarəsinə tabe olmalı, müvafiq qaydada sənədləri təqdim etməlidir. Zərurət yarandıqda isə polisin tələbi ilə avtomobili tərk etməlidir. Əks halda, qanunvericilikdə bununla bağlı məsuliyyət nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə 80 manat məbləğində cərimə nəzərdə tutulur. Həmin Məcəllənin 535-ci maddəsinin 1-ci bəndində isə daha ağır məsuliyyət nəzərdə tutulur. Maddədə qeyd olunur ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər 200 manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Xahiş edilir ki, təhlükəsizliyiniz naminə qaydalara riayət edəsiniz".

DYP-dən həmçinin bildirilib ki, Yasamal rayon sakini Elşən Maqsudov mayın 17-də idarə etdiyi 90 LB 208 dövlət nömrə nişanlı, "Hyundai Elantra" markalı avtomobillə əks istiqamətdə hərəkət etdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. O, polisin qanuni tələblərinə tabe olmayıb. PPX əməkdaşlarının köməyi ilə Yasamal rayon 27-ci polis bölməsinə dəvət olunan sürücü barəsində araşdırma başlayıb. Haqqında toplanmış materiallar məhkəməyə təqdim olunub. Yasamal rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Milli.Az

Şərh yaz:

17 Şərh:

  • Anonim
    @@ · 18 May 11:54151

    yol polisleri lap ag edib/O gun zebranin ustunde az qalmisdi polis masinla meni vursun/

    Cavab yaz
  • Anonim
    ilqar · 18 May 12:01211

    polisin haqsiliğını çəkmək də qadağandı. sübut lazımdı bunlara göstərmək yoxsa xeyri yoxdu, təhlükəsizliyimizi təmin edirlərsə stop xətinin sağında solunda gizlənməsinlər açıqda dayanıb yol göstərsinlər. tıxac olanda biridə olmur, eləki yol boş olanda dairə ətrafında kimi gözləyirlər. əlbəttə mübahisəli yerdə çörək var. halbuki dairədədə hər yerdədə şərait yaratmaq lazımdı. güdmək lazım deyilki kimsə qayda pozsun. faktlarım çoxdu burda yer azdı.

    Cavab yaz
  • Anonim
    Vətəndaş · 18 May 12:27130

    Ramstorun yanında, polis zabiti (serjant yox zabit, baş leytenant) saxladı, əvvəl dedi 40 man cərimə olnursan, sonradan 10 manata razılaşdı. O gün maşında kamera yox idi(format eləmək üçün evə görürmüşdüm və yaddan çıxıb qalmışdı evdə). əgər olsaydı verməycəkdim. Kamera vasitəsi ilə dəfələrlə günhsız olduğumu sübut etmişəm və pul verməmişəm. Kamera maşında əyləc(tormoz) qədər əvəzedilməz bir vasitədir. Yoxsa polis bidiyini edir, yalandan cərimələr yazır, şər atır heç cür sübut edə bilmirsən. Kamera hər maşında olmalıdır. Sosial şəbəkədə vidoların yayılması, əgər insanları məlumatlandırırsa (yəni yol hərəkəti qaydalarını izah edir) bu çox yaxşıdır. Yox kimisə təhqir edirsə onda araşdırılsın və hüquqi qiymət verilsin.

    Cavab yaz
  • Anonim
    Vətəndaş · 18 May 12:46120

    Bir tərəfli danışır yol polisi ancaq camaatı incitməklə məşğuldu məqsədi də aydın yox e bir bizim guya qayğımıza qalırlar eh hamısı da cəzasız qalır axırda

    Cavab yaz
    • Anonim
      Edik · 18 May 12:5230

      Niye menim serhimi vermirler qaqa?

      Cavab yaz
    • Anonim
      Edik · 18 May 12:53100

      Gelin durun da qardaq postunda hava qaralanda izleyin gorun sizin ypx ne hokallar cixarir orda guye xeberiviz yoxdu?

      Cavab yaz
  • Anonim
    Edik · 18 May 12:4750

    Niye serhimi gore bilmirem axi

    Cavab yaz
    • Anonim
      Edik · 18 May 12:55100

      Gelin haciqabul sabirabad yoluna baxin 43 klometrde 10 mmxe elave her dord kamzain arxasinca gelen besincide ypx tulki kimi gozlenib bunlardan xeberiviz yoxdu?

      Cavab yaz
  • Anonim
    Edik · 18 May 12:5160

    Noye serhimi vermirsiz sebebini deyin

    Cavab yaz
  • Anonim
    Mike · 18 May 12:5260

    Belə çıxır ki sən özüvü haqlı olmağıvı sübut etmək istəyirsənsə,demək sən qanun pozursan?Azərbaycanda insanlar qanuna uyğunlaşmalıdı,qanunlar insanlara uyğunlaşmamalıdır.

    Cavab yaz
  • Anonim
    IMF · 18 May 13:0380

    Bele getse avtomobilde qutashdirilan video reqistratorada qadaga qoyacaqlar.Ancaq buna hunerleri catmaz

    Cavab yaz
  • Anonim
    Azeri · 18 May 13:2480

    Yersiz qadagadi. Videoya cekmek vacibdende vacibdi. YPX yeri gelse qanunu hamidan cox pozur. Video cekilishe davam.

    Cavab yaz
  • Anonim
    Cavid · 18 May 13:3870

    sened soruwmur, pul pul pul , qelin qubaya.deyirsen yoxdu,usdume qiwqirir,

    Cavab yaz
  • Anonim
    duz soz · 18 May 13:4770

    Pravasiz suruculerden pul alib surmeyine icaze veren polis reisimi biz tehlukesizliyimiz ucun mubarize aparir?

    Cavab yaz
  • Anonim
    duz soz · 18 May 13:4961

    Qai tanishimdan sorushuram necesen? deyir camaatda pul yox Ramazan bayrami cixsin IN SE ALLAH yaxshi olar.

    Cavab yaz
  • Anonim
    ....... · 18 May 17:5910

    Sherleri beyenmeyenler yeqinki YPX ishcileridi.

    Cavab yaz
  • Anonim
    Adil · 18 May 18:0010

    Yeni, polis dese ki, düş maşından düşmesen anan ağladı hee? Bir de ki, eğer registratora icaze varsa bes o kimi ve neyi cekmelidir? Registratorla cekmek olmaz,olsun telefon.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.