Ölkə

Moskva Dövlət Universitetinin Bakı filialı bakalavriat səviyyəsinə qəbul elan edir

18 May 2018 11:27
Baxış: 889

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 2018/2019 tədris ili üçün bakalavr pilləsinə aşağıdakı istiqamətlər üzrə tələbə qəbulu elan edir (təhsil rus dilində, əyani formada aparılır):

Təlim istiqamətləri

Qəbul planı

Dövlət sifarişli yerlərin sayı

Ödənişli

yerlərin sayı

Filologiya fakültəsi

45.03.01Filologiya

33

30

3

Təhsil proqramı"Rus dili və ədəbiyyatı"

11

10

1

Təhsil proqramı"Müasir Qərbi Avropa dilləri və ədəbiyyatı (fransız və ispan dilləri)"

22

20

2

Tətbiqi riyaziyyat fakültəsi

02.03.01 Riyaziyyat və kompüter elmləri

26

25

1

Kimya fakültəsi

04.03.01 Kimya

27

25

2

Psixologiya fakültəsi

37.03.01 Psixologiya

27

25

2

İqtisadiyyat fakültəsi

38.03.01 İqtisadiyyat

 

14

13

1

38.03.02 Menecment

13

12

1

Fizika fakultəsi

03.03.02 Fizika

27

25

2

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2018-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının bakalavr pilləsinin birinci kursuna daxil olmaq üçün ərizə qəbulu 2018-ci il mayın 21-dən iyulun 2-dək electron qaydada keçiriləcək. Ərizə forması http://msu.az saytında və yaxud, DİM-in http://dim.gov.az/ saytında doldurula bilər.

Əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına ali təhsil almayan Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına ali təhsil almayan əcnəbilər üçün təhsil ödənişsizdir. Bu şəxslər yalnız büdcə yerlərinə iddia edirlər və qəbul imtahalarında topladığı ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər. MDU-nun Bakı filialının bakalavr pilləsinə daxil olmaq istəyən şəxslər Filialda keçiriləcək qəbul sınaqlarında iştirak etmək hüququ qazanmaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ilk (yaz) imtahanında hər hansı bir ixtisas qrupu üzrə 300 və ya daha çox bal toplamalıdır.

Əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına ali təhsil almış Azərbaycan Respublikası vətəndaşları və əvəllər Azərbaycan Respublikası büdcəsi hesabına ali təhsil almış Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər, həmçinin, Azərbaycan Respublikasında daimi yaşamayan əcnəbilər üçün təhsil forması - ödənişlidir. Bu şəxslər yalnız ödənişli yerlərə iddia edə bilərlər, onlar qəbul sınaqlarında topladığı ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər və Filialın təşkil etdiyi qəbul sınaqlarına DİM-in keçirdiyi test imtahanında iştirak etmədən buraxılırlar. Azərbaycan vətəndaşları üçün bakalavr pilləsi üzrə illik təhsil haqqı 1750 manat, xarici vətəndaşlar üçün isə illik 1100 ş.v. təşkil edir.

İmtahanqabağı məsləhət və imtahan günlərində Filiala qəbul olmaq istəyən şəxslərin üzərində aşağıdakı sənədlər olmalıdır:

Şəxsiyyəti təsdiq edən sənəd;

Elektron qeydiyyat sistemindən çap olunmuş şəxsi imzası olan buraxılış vərəqəsi;

Orta təhsili müvəffəqiyyətlə bitirilməsi haqqında attestat və ya məktəbdən arayış (attestat olmadığı halda).

Bütün məsləhət saatları və imtahanlar Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəs, Universitet küç.,1 ünvanında keçiriləcək.

Bakalavr pilləsi üzrə təhsil almaq üçün Moskva Dövlət Universitetinin Bakı filialının http://msu.az/ saytı və yaxud, DİM-in http://dim.gov.az/ saytı vasitəsi ilə elektron ərizə verdikdən sonra FİN kodu olmayan xarici vətəndaşlar 2-5 iyul 2018-ci il tarixlərində (2 və 3 iyul tarixlərində saat 10:00-dan 17:00-dək, 4-5 iyul tarixlərində isə saat 10:00-dan 12:00-dək) Bakı şəhəri, Xocasən qəsəbəsi, Universitet küçəsi, 1 ünvanına şəxsən gələrək imtahana buraxılış vərəqəsini və ərizəni təsdiqləməlidirlər.

FİN kodu olmayan xarici vətəndaşlar qeydiyyatdan keçən zaman üzərində aşağıdakı sənədlər olmalıdır:

1. Şəxsiyyəti təsdiq edən sənəd;

2. Elektron qeydiyyat sistemindən çap olunmuş şəxsi imzası olan buraxılış vərəqəsi;

3. Elektron qeydiyyat sistemindən çap olunmuş şəxsi imzası olan ərizəsi;

4. Orta təhsil, orta peşə təhsili və ali təhsili haqqında sənədin əsli;

5. (6 aydan az müddət əvvəl çəkilmiş rəngli, başıaçıq şəkil).

Aşağıdakı məlumata diqqət yetirməyiniz xahiş olunur:

Filialın qəbul imtahanlarından keçə bilməyən abituriyentlər, DİM-in digər ali məktəblərə keçirdiyi müsabiqədə iştirak edə bilərlər;

Filiala qəbul olunan şəxslər DİM siyahılarından çıxarılır və sonradan Azərbaycan Respublikasının digər Ali məktəblərinə daxil olmaq üçün müsabiqədə iştirak etmirlər;

Filialda təhsil prosesi M.V.Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrə həyata keçirilir;

Dərs məşğələləri, əsasən M.V.Lomonosov adına MDU-nun professor-müəllim heyəti tərəfindən aparılır;

Filialın məzunlarına MDU-nun diplomları veriləcək.

E-mail: pk@msu.az

Əlaqə telefonu: +99412 409 33 71

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.