Ölkə

Azərbaycana qanunsuz 19 ədəd "Samsung" keçirmək istədilər

18 May 2018 10:53
0 Şərh     Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycana qanunsuz gətirilən mobil telefonlar aşkarlanıb.

DGK-dən Milli.Az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Qaz 31105" markalı nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 19 ədəd "Samsung" markalı mobil telefonlar və aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.