Ölkə

75 ağac kəsdilər - İş prokurorluğa göndərildi

18 May 2018 10:30
1 Şərh     Baxış: 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayon Hamarmeşə kəndində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən araşdırılıb.

ETSN-dən Milli.Az-a verilən məlumata görə, araşdırma zamanı ağacların Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vizəzəmin meşəbəyliyinin 13 saylı dolayında kəsildiyi aşkar edilib. Meşə mühafizə işçiləri tərəfindən mühafizə tədbirlərinin qeyri-qənaətbəxş yerinə yetirilməsi səbəbindən köküstə yaş müxtəlif cinsli 75 ədəd ağacın kəsildiyi və təbiətə 6589 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Meşə fonduna dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.