Ölkə

Tovuzda 41 yaşlı qadın faciəvi şəkildə öldü - YENİLƏNİB

18 May 2018 10:43
0 Şərh     Baxış: 1 416

10:43

Tovuz Rayon Prokurorluğundan "Report"a bildirilib ki, əvvəllər qıcolmadan əziyyət çəkən 1977-ci il təvəllüdlü Nəsibə Çümşüd qızı Hüseynova yaşadığı evdə vəfat edib. 

Qeyd olunub ki, N.Hüseynova elektrik cərəyanı vurması nəticəsində deyil, qıcolmadan ölüb: "Meyitə baxış zamanı onun üzərində elektrik cərəyanı vurmasına xarakterik izlər aşkar olunmayıb".

----------
09:58

Tovuz rayonunda qadını cərəyan vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində yerləşən istixanaların birində baş verib. 

Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Nəsibə Çümşüd qızı Hüseynovanı ehtiyatsızlıqdan cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.