Ölkə

Bakıda qaraj, Sumqayıtda ev yandı

18 May 2018 09:31
0 Şərh     Baxış: 362

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 15 kv.m olan qarajın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan "Nissan" markalı minik avtomobilinin yanar hissələri yanıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Sumqayıt şəhərində isə ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 6 kv.m sahədə yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 10 kv.m sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.