Ölkə

Alpinist Babur Hüseynovun nəşi Astaraya gətirildi

17 May 2018 17:07
3 Şərh     Baxış: 2 307

İtkin düşən alpinistlərdən biri Babur Hüseynovun nəşi Astara rayonuna gətirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, mərhum Astaranın Giləkəran kəndində dəfn olunacaq.

Qeyd edək ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

Milli.Az

Şərh yaz:

3 Şərh:

  • Anonim
    ❤❤ .. Emmaa ..❤❤ · 17 May 17:1040

    Allah rehmet elesin....COXX üzücü....

    Cavab yaz
  • Anonim
    Aydan · 17 May 18:1910

    Allah cennetlik elesin qebirleri nurla dolsun.

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 17 May 22:0800

    İndiyə qədər bilsəkdəki 5 aya sağ adam almaz amma yenə də ümid sonda ölür deyirlər ümid edirdik ki tapılacaqlar amma çox heyif dünəndən ümidlər qırıldı.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.