Ölkə

Alpinist Namin Bünyatzadənin meyiti Şəmkirə gətirildi

17 May 2018 17:01
2 Şərh     Baxış: 1 749

Ötən gün meyiti tapılan alpinistlərdən biri Namin Bünyatzadənin meyiti Şəmkir rayonuna gətirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Şəmkirin Yeni Həyat kəndində mərhumun əmisinin evində yas mərasimi keçirilir.

N. Bünyatzadə Çinarlı kənd qəbiristanlığında dəfn olunacaq.

Dünən meyiti tapılan alpinistlərdən biri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı isə Masallı rayonunun Şərəfə kəndində dəfn olunub.

Qeyd edək ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    ❤❤ .. Emmaa ..❤❤ · 17 May 17:1210

    Allah rehmet elesin.

    Cavab yaz
  • Anonim
    QQ · 17 May 18:3610

    Bu bir neçə il əezində görün nə qədər cavanlarımız məhv olur .Hır gün avtomobil qəzaları , intiharlar ,xəstəliklər ,bədbəxt hadisələr nəticəsində gənc insanlarımız sürətlə qırılır..Statistikaya nəzər salsaq şoka düşərik .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.