Ölkə

AIESEC Azərbaycan ən böyük tədbiri olan “YouthSpeak Forum 2018”i təşkil edir

17 May 2018 16:47
Baxış: 1 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20 May 2018-ci il tarixində beynəlxalq gənclər təşkilatı, AIESEC Azərbaycan ən böyük tədbiri olan "YouthSpeak Forum 2018"i təşkil edir. Konfrans Pullman Oteldə baş tutacaq.

YouthSpeak Forum ənənəvi bir konfransdır və gənclərin bir araya toplanılması, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri barəsində diskussiyaların aparılması və Azərbaycanın korporativ sektorunun aparıcı şirkətlərindən yüksək ixtisaslı natiqlər tərəfindən iclasların keçirilməsinə yönəldilmiş bir tədbirdir. Burada, spikerlər və digər nümayəndələrlə ünsiyyət qurmaq, onlardan qiymətli məsləhətlər əldə etmək, şəxsi və peşəkar inkişafınıza, sosial problemlər haqqında biliklər qazanmaq, həmçinin valehedici AIESEC atmosferində iştirak edə bilərsiniz! Forumda danışacaq olan peşəkarlar arasında Qulam İsakzai (UNDP-nin rəsmi təmsilçisi), Samira Şabanova (EY Azərbaycan İnsan Resurslarının rəhbəri), Hicran Hüseynova (Ailə, Qadın və Uşaq Komitəsinin sədri), Tural Kərimli (Yüksək Tehnologiyalar Parkının icraçı direktoru), Ələkbər Mustafayev ("Youth Inc." Biznes İnkubasiya Mərkəzinin icraçı direktoru) və başqa görkəmli şəxslər yer alacaq.

Konfrans iki hissədən ibarət olacaq: birinci hissədə iştirakçılar peşəkar mütəxəssislər tərəfindən verilən seminarlarda iştirak edəcəklər. Burada toxunulacaq bəzi mövzular: şəxsi brendinizin qurulması, firavan ailənin təməli olan Gender Bərabərliyi, İnnovativ Startapların yaradılması. İkinci hissədə isə onlar komandada işləmək şansı əldə edib öz bilik və bacarıqlarını göstərərək kiçik layihələr qurub onları təqdim edəcəklər. Burada gənclər öz natiqlik, komandada işləmə, layihənin idarəedilməsi və s. bacarıqlarını inkişaf etdirə biləcəklər.  Forumun sonunda ən aktiv seçilən komanda üzvlərini bu yay ödənişsiz 6 həftəlik AIESEC mübadilə proqramı ilə mükafatlandırılma şansı gözləyir!

AIESEC dünyanın 126 ölkəsində və ərazisində 1948-ci ildən fəaliyyət göstərən ən böyük gənclər təşkilatıdır. Təşkilatın əsas məqsədi gənclərin öz şəxsi və peşəkar bacarıqlarını inkişaf etdirmək üçün platforma yaratmaqla bərabər, onların liderlik bacarıqlarının və multikulturalizm dəyərlərinin inkişafını təmin etməkdir.

AIESEC Azərbaycan 2006-cı ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycanda yaradılmışdır və son 12 ildə Azərbaycan gənclərinin inkişafına bir sıra töhvələr vermişdir. Bu müddət ərzində AIESEC Azərbaycan dünyanın hər bir yerindən gələn iştirakçılarla birgə yüzlərlə layihə həyata keçirməklə bərabər, 5000-dən artıq gəncin yerli və beynəlxalq layihələrdən təcrübə qazanmasına kömək etmişdir.

Forumda iştirak haqqı 20azn-dir. Qiymət 2 geniş şəbəkə yaratmaq üçün kofe fasiləsi, nahar fasiləsi və hər iştirakçı üçün xüsusi xatirə hədiyyələrinin təmin olunması üçün alınır. Konfransın sonunda hər kəs iştirak sertifikatları ilə təmin olunacaq.

Ünvan: Pullman Otel, Bakı

Tarix: 20 May, 2018

Qeydiyyat linki: bit.ly/YSFAze

Əlaqə nömrəsi: +994505888397

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.