Ölkə

Atası alpinist Fəridənin dəfninə gedə bilmədi - FOTO - VİDEO - YENİLƏNİB

17 May 2018 15:28
36 Şərh     Baxış: 23 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:28

Alpinist Fəridə Cəbrayılzadənin nəşi bu dəqiqələrdə torpağa tapşırılıb.

Milli.Az yenicag.az-a istinadla bildirir ki, alpinistin nəşi Şərəfə kənd qəbiristanlığında dəfn olunub. Ağır xəstə olan atası qızını dəfn etmək üçün qəbiristanlığa gedə bilməyib.

-----------

15:15

Ötən gün meyiti tapılan üç alpinistdən biri - Cəbrayılzadə Fəridə Zəbiyulla qızı Masallı rayonunda dəfn olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, mərhum Masallı rayonunun Şərəfə kənd qəbiristanlığında torpağa tapşırılıb.

-----------

15:09

Ötən gün meyiti tapılan üç alpinistdən biri Cəbrayılzadə Fəridə Zəbiyulla qızının nəşi dəfn olunmaq üçün Masallı rayonuna gətirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, F.Cəbrayılzadə rayonun Şərəfə kəndində torpağa tapşırılacaq. 

Qeyd edək ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Alpinist Fəridə Cəbrayılzadənin nəşi Masallı rayonuna gətirildi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.