Ölkə

MTN-in qadın generalı apellyasiya şikayəti verdi

17 May 2018 15:41
0 Şərh     Baxış: 1 900

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) qadın generalı Natəvan Mirvətova barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya N. Mirvətovanın vəkili Adilə Məmmədova deyib. O bildirib ki, şikayətdə N. Mirvətova barəsində bəraət hökmünün çıxarılması istənilir.

Bu iş üzrə təqsirləndirilən digər şəxslər Sübahir Qurbanov, Teymur Quliyev, Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev də apellyasiya şikayəti verib.

Polkovnik Elşad Əzizov isə şikayət verməyib.

Qeyd edək ki, Sübahir Qurbanov 14 il, Fuzili Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Teymur Quliyev 12 il, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Fərhad Atayev və Elşən Əzizov 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və onlar məhkəmə iclas zalından azadlığa buraxılıblar.

Qadın general Natəvan Mirvətova barəsində 5 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.