Ölkə

Xəzər Dəniz Neft Donanmasına daha iki gəmi daxil edildi - FOTO

17 May 2018 18:42
0 Şərh     Baxış: 780

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansına daha iki gəmi daxil edilib.

QSC-dən Milli.Az-a verilən məlumata görə, "Mərdəkan" və "Şüvəlan" adlı təchizat-yedək gəmiləri müasir avadanlıqla, o cümlədən DP1 dayanıqlılıq sistemi ilə təchiz olunub. Sözügedən üzən vasitələrin müxtəlif növ yüklərin dəniz platformalarına çatdırılmasında və yedəklənmə əməliyyatlarında istismarı nəzərdə tutulub.

Təchizat-yedək gəmiləri yanacaq, içməli su, qazma məhlulları, quru yük, konteyner, borular və bu kimi digər müxtəlif yükləri qəbul etmək üçün geniş göyərtəyə və böyük həcmli yük tanklarına malikdir.

Hər iki gəminin uzunluğu 60, eni 16 metr, sürəti 13 uzeldir.

"Mərdəkan"gəmisinin dedveyti 1700, dartma qüvvəsi 81, "Şüvəlan" gəmisinin dedveyti 1810, dartma qüvvəsi 75 tondur. Onların texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatlaırnı təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verir. Gəmilərdə quraşdırılan müasir yanğınsöndürmə avadanlığı isə dəniz obyektlərində yanğın baş verərsə bu zaman hadisəyə ilkin müdaxilə etməyə şərait yaradır.

Qeyd edək ki, Gəmiçilik donanmalarının müasirləşdirilməsi və böyüməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.