Ölkə

İTV-nin aparıcı simalarından birinə dövlət qurumunda vəzifə verildi - FOTO

17 May 2018 13:14
1 Şərh     Baxış: 3 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İctimai Televiziyanın şöbə müdiri və aparıcısı Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsinə təyin olunub.

Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, qurum bundan sonra da dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları, Azərbaycan icmaları və ayrı-ayrı soydaşlarımızın fəaliyyəti bağlı ictimaiyyəti məlumatlandırmaqda davam edəcək.

Vəsilə Vahidqızı

Qeyd edilir ki, Dövlət Komitəsi İTV ilə birgə ixtisaslaşmış televiziya proqramını tamaşaçılara təqdim etməyi planlaşdırır. Bu layihə çərçivəsində Vəsilə Vahidqızı İTV ilə əməkdaşlığını davam etdirəcək. 

Xatırladaq ki, bundan əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsini Esmira Xəlilova icra edirdi. O, bundan sonra da Komitədə fəaliyyətini davam etdirəcək.

Yusif Nəsirli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.