Ölkə

Kəmalə Ağazadəyə ağır ittiham: "Uşağımı abort etdirdi"

17 May 2018 13:22
2 Şərh     Baxış: 4 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Uşaqları Birliyinin dələduzluqda və rüşvətə təhrik etməkdə sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.  İttihama münasibət bildirən K. Tağızadə özünü təqsirli bilməyib.

Sonra zərərçəkmiş Həcər Kəngərli ifadə verib. H.Kəngərli K. Ağazadə tərəfindən mənəvi təzyiqə məruz qaldığını, özünün insan alveri qurbanına çevrildiyini deyib. Onun sözlərinə görə, K. Ağazadə onun uşağını abort elətdirib. 
 
Digər zərərçəkmiş Mahirə Sadıqova isə ifadəsində K. Ağazadəyə qarşı heç bir şikayətinin olmadığını deyib: "Məndən 2100 manat pul alıb, bunu Səhiyyə Nazirliyinə verəcəkdi. Sonradan iş alınmadığı üçün pulumu geri qaytardı". 
 
Proses mayın 24-də davam etdiriləcək. 
 
Qeyd edək ki, K. Ağazadə Cinayət Məcəlləsinin 308.1 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.
 
Onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.