Ölkə

Dünən cansız bədəni tapılan Baburun ürək dağlayan SON SÖZLƏRİ - VİDEO

17 May 2018 14:24
5 Şərh     Baxış: 29 129

2017-ci il dekabrın 23-də Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətinə yola çıxan və qar uçqununa düşərək həlak olan "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun cansız bədənləri dünən aşkar edilib.

Milli.Az xəbər verir ki, itkin düşmələrindən 5 aya yaxın müddət keçməsinə baxmayaraq, onların qohumları və dostları yaşamalarına dair ümidlərini itirməyib və mütəmadi olaraq sosial şəbəkələrdə onların şəxsi hesablarına mesajlar yazıb.

İtkin düşənlərdən biri Babur Hüseynovun Feysbuk hesabında yayımladığı son paylaşım isə insanın qanını dondurur.

Belə ki, o, öz hesabında Rusiyanın "Kauan" qrupunun ifa etdiyi "Kokea Sisar" adlı mahnısını paylaşıb və "möhtəşəmliyə yaxın olmağın sahilində, ya da uçurumun kənarında, ola da bilər ki, toxunulmazlığın üfüqündə" sözlərini yazıb.

Mahnının bir hissəsində isə bu sözlər deyilir:

"Tanrının kor bacısı

Sizi çağırır,

Sizi fısıldayır

Başqa bir unudulmuş sahildən..."

(Publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kauan - Sokea Sisar

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Zuzu. · 17 May 14:38190

    Cox heyf,cox gencdiler.Mekanlari cennet olsun.

    Cavab yaz
  • Anonim
    Kamal.N · 17 May 14:55160

    Allah rəhmət eyləsin!

    Cavab yaz
  • Anonim
    dagli qizi · 17 May 15:29120

    Allah yerlerin cennetlik elesin. Cooox pis oldum, gencdiler, hele neler ede bilerdiler.....

    Cavab yaz
  • Anonim
    kk · 17 May 22:1850

    Allah yerlerini cennetlik etsin. Yaxinlarinin gozu yiqilar.

    Cavab yaz
  • Anonim
    Yağmur-S · 18 May 01:0930

    Aylardır sağ qalmaları üçün dualar edirdik,indise ....Allah sizlere rehmet etsin,mekanınız cennet olsun...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.