Ölkə

"Bu il ilk dəfə abituriyentlərə imtahan verəcəyi ixtisas qrupunu dəyişdirmək imkanı vermişik"

17 May 2018 12:42
Baxış: 3 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlk dəfə olaraq, bu il abituriyentlərə imtahan verəcəyi ixtisas qrupunu dəyişdirmək imkanı vermişik. Belə ki, yaz imtahanlarında II ixtisas qrupunda imtahan verən abituriyentlər yay imtahanında III qrup üzrə imtahanda iştirak edə biləcəklər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, mayın 13-də I və III qrup üzrə keçirilən qəbul imtahanında abituriyentlərin göstərdikləri nəticələr ötənilki səviyyədədir:

"Ötən ilin nəticələrini təhlil etdikdə gördük ki, ikinci, yəni yay qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticəsi birinci dəfə keçirilən yaz qəbul imtahanlarına nisbətən 20 faiz artmışdı. Bu da o deməkdir ki, builki yaz imtahanında iştirak edən abituriyentlərin nəticələri yay imtahanında orta hesabla 20 faiz artacaq. Bəlkə bu il daha fərqli vəziyyət olacaq. Çünki ötən il biz abituriyentlərə imkan vermişdik ki, eyni bir ixtisas qrupu üzrə iki dəfə imtahan versinlər. Amma bu il abituriyentlərə birinci dəfə iştirak etdiyi qrupu dəyişdirmək imkanı vermişik. Bu baxımdan biz hələ bilmirik ki, bu dəyişikliklər necə olacaq və qəbul imtahanlarının nəticələrinə necə təsir edəcək. Yalnız yay imtahanları da başa çatdıqdan sonra hansısa fikir söyləmək olar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.