Ölkə

Nazirlik: "Azərbaycanda kriptovalyuta əməliyyatları vergiyə cəlb olunmalıdır"

17 May 2018 12:25
Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda kriptovalyuta əməliyyatları ilə bağlı mənfəət vergiyə cəlb olunmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakıda "Maliyyə texnologiyalarında yeni trendlər: blokçeyn, kriptovalyuta və təhlükəsizlik" konfransı zamanı Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktorunun müavini Şamil Ərəbov deyib.

Onun sözlərinə görə, kriprtovalyuta əməliyyatları əsasən fiziki şəxslər arasında həyata keçirilir, ona görə də qeyri-sahibkarlıq fəaliyyətinə aid edilir.

O deyib: "Vergilər Nazirliyi hesab edir ki, kriptovalyutalarla məşğul olan şəxslər mütləq şəkildə vergi orqanlarında qeydiyyata durmalı, müvafiq bəyannamələr təqdim etməli və dövlət büdcəsinə vergilər ödəməlidir".

Ş.Ərəbov vurğulayıb ki, bu gün kriptovalyuta əməliyyatlarının vergiyə cəlb olunması məsələsi bütün dünyada geniş müzakirə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.