Yüksək vəzifəyə təyinat almış Mansur Piriyev söz verdi ki...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kommunikasiya və informasiya texnologiyaları şöbəsinə kadr təyinatı olub. Bu vəzifəyə son illər "Bakubus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri olmuş Mansur Piriyev təyin edilib.
Milli.Az-ın məlumatına görə, bu barədə M.Piriyevin özü xəbər verib və qarşıya qoyulan vəzifələri açıqlayıb: "Bildiyiniz kimi artıq mən insanların sağlam qidalanması, qida təhlükəsizliyi şəraitinin daha da yaxşılaşdırılması və sağlam gələcəyimizin inşasına xidmət göstərəcək mühüm bir sahədə - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində işə başlamışam. Qarşımızda qoyulan əsas vəzifə qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, dövlət siyasətini və tənzimləməsini həyata keçirməkdir.
Bu günədək birgə çalışdığım "BakuBus" MMC və Bakı Nəqliyyat Agentliyindəki dostlara, iş yoldaşlarıma, həmkarlarıma hər şey üçün dərin təşəkkürlərimi bildirirəm! İndiyədək çalışdığım təşkilatlatlarda olduğu kimi, bundan sonra da Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin rəhbəri kimi də mediyaya açıq olacağıma tam əmin ola bilərsiz".
M.Piriyev bunun qarşılığında medianın da qida təhlükəsizliyi sahəsində ictimaiyyətin obyektiv, operativ və sistemli şəkildə məlumatlandırılmasında fəal iştirak edəcəyinə və Agentliyin uğurlarına dəstək olacağına inandığını açıqlayıb.
Qeyd edək ki, Mansur Piriyev bunadək Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin Təbliğat və təşkilat sektorunun, daha sonra isə "BakuBus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifələrində çalışıb.
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Futbolçu itinə görə məhkəmə qarşısına çıxacaq
-
Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik: Hərəkət dəyişəcək
-
24 yaşlı futbolçu faciəvi şəkildə öldü
-
Polis cinayət törətməkdə şübhəli bilinən 35 nəfəri saxladı
-
Gənc Tamaşaçılar Teatrında “Pullu komediya”nın premyerası keçiriləcək
-
Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - (Video)
XƏBƏR LENTİ
-
Futbolçu itinə görə məhkəmə qarşısına çıxacaq
-
Füzuli: Zəfərdən dirçəlişə uzanan yol
-
Pakistanda zəlzələ oldu
-
Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik: Hərəkət dəyişəcək
-
Rusiyanın itkiləri yeniləndi
-
24 yaşlı futbolçu faciəvi şəkildə öldü
-
Əraqçi İraqa səfərə gedib
-
Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi
-
Türkiyədə 77 şagird dönərdən zəhərləndi
-
Polis cinayət törətməkdə şübhəli bilinən 35 nəfəri saxladı
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
Gənc Tamaşaçılar Teatrında “Pullu komediya”nın premyerası keçiriləcək
-
Dünya bazarlarında neft bahalaşdı
-
Füzuliyə həyat yenidən qayıdır - Kamaləddin Qafarov
-
Qazın qiyməti ucuzlaşdı
-
“Qarabağ” “Neftçi”yə, “Qəbələ” “Sabah”a qarşı
-
İstanbulda son 84 ilin ən güclü yağışı: Ölənlərin sayı artdı
-
Ronaldo Portuqaliyada mineral su zavodu tikdirir
-
Hörmüz boğazında batan gəmi ilə bağlı təhlükəli xəbərdarlıq
-
Trampdan diqqətçəkən açıqlama: “Bu, müharibə deyil”
-
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
-
Oktyabrın ortaları 3 bürc üçün yeni mərhələ başlayır
-
Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
-
Yumurta qan şəkərinə necə təsir edir?





