Ölkə

Lənkəranda qanunsuz yolla əldə olunmuş meşə materialı aşkar edilib - FOTO

17 May 2018 10:09
0 Şərh     Baxış: 750

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Tükəncil kəndinin həyətyanı sahələrində meşə materiallarının yığılması ilə bağlı daxil olan məlumat Ətraf Mühitin Mühafizəsi Departamentinin və Lənkəran Günəhir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə dərhal yerində araşdırılıb.

ETSN-dən Milli.Az-a verilən məlumata görə, kəndin həyətyanı sahələrinə keçirilən baxış zamanı ümumilikdə 29.6 m3 həcmində 3251.12 manat dəyərində qanunsuz yolla əldə olunmuş meşə cinsli ağaclardan hazırlanmış taxta və girdə işlik meşə materialları aşkar edilib.

Faktlarla bağlı həyətyanı sahələrin sahibləri Əlirza Baxşıyev və Hakim Bayramov barəsində qanunvericiliyə uyğun sənədləşmə aparılıb. Hazırda meşə materiallarının kəsildiyi ərazilərin müəyyənləşdirilməsi və zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.