Ölkə

“İtkin düşən alpinistlər güclü uçquna düşüblər və hərəkət imkanları olmayıb” - Qrup rəhbəri

17 May 2018 09:37
5 Şərh     Baxış: 5 349

Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yürüş zamanı itkin düşən alpinistlərin meyitlərinin tapılması istiqamətində aparılan əməliyyatların detalları məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, itkin düşən şəxslərin hər üçünün meyiti çadırda aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin komandiri, axtarışlara cəlb olunan qrupun rəhbəri Toğrul Mehdiyev APA-ya bildirib ki, bir neçə gün öncə müəyyən ipucuları tapılmışdı. Məhz bundan sonra bütün güclər həmin istiqamətə yönəldildi. Onun sözlərinə görə, axtarışlara kinoloji xidmətin xüsusi təlim görmüş itləri cəlb olunub.

"Təxminən 100:120 m olan ərazi idi. Əvvəllər 13-14 metr olan qar hazırda 4-6 metr olardı. Axtarışlar o istiqamətdə yönəldildi və gücləndirildi. 2 gün ərzində aparılan axtarışlar nəticəsində tapıldılar. Təxminən 2800-2900 metr hündürlükdə, 4 metr qar uçqunu olan ərazidə aparılan qazıntılar nəticəsində cəsədlər çadırda tapılıb. Birinci Babur, ikinci Fəridə, sonra isə Namin tapılıb. Hamısı istirahətdə olduqları zamanı güclü uçquna düşüblər və hərəkət imkanları olmayıb", - deyə Toğrul Mehdiyev bildirib.

Qeyd edək ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

Milli.Az

Şərh yaz:

5 Şərh:

  • Anonim
    AA · 17 May 09:4670

    Hər 3 alpinistdə Allah Rəhmət Eləsin...

    Cavab yaz
  • Anonim
    tənqidçi · 17 May 09:5450

    Allah rəhmət eləsin. Elə istəyirdim ki, sağ tapılsınlar. Çox heyf.

    Cavab yaz
    • Anonim
      Wems · 17 May 10:2950

      bu zamanadek onlarin sag qalmaq ehtimali ola bilmezdi.wukurki hec olmasa meyitleri de olsa tapildi.indi valideynleri onlarin meyitlerinin tapilmasina sevinir cunki orda qurd quwa yem ola bilerdiler.Allah rehmet elesin her ucune de.Amin

      Cavab yaz
  • Anonim
    aea · 17 May 10:0250

    Allah rəhmət eləsin. Allah ailələrinə səbr versin.. Yaxşı ki, meyidləri tapıldı...

    Cavab yaz
    • Anonim
      alsu · 17 May 11:0440

      can yaziqlar ne bilerdiz bele olacaq allah o dunyanizi cennet versin size her ucunuzde genc nakam getdiz qebriniz nurla dolsun vallah sizin xeberinizi oxuyanda cox pis oluram nece gozeldir feride oglanlarda boyulu buxunlu yarawiqli heyf size neynemek olar taleyinize bele yazilib allah ailenize sebr versin

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.