Ölkə

Yaşıllıqların mühafizəsi qaydaları dəyişdi

17 May 2018 09:10
0 Şərh     Baxış: 878

Azərbaycanda yaşıllıqların mühafizəsi haqqında qanuna dəyişikliklər edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, "Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydası təsdiq edilib.

Qaydalara əsasən, yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatlar toplanacaq. Həmçinin yaşıllıqların sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğu təmin ediləcək.

Məqsəd yaşıllıqların səmərəli idarə edilməsinə və mühafizəsinə nail olmaqdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.