Ölkə

Azərbaycanda qadağan edilmiş 18+ tamaşa yenidən göstərildi - FOTO

16 May 2018 19:45
4 Şərh     Baxış: 2 728

İlk müstəqil teatr ADO (Azərbaycan Dağınıq Oda teatrı) ölkənin ilk 18+ tamaşası olan "MimOda"nı uzun zamandan sonra təkrar nümayiş etdirib. 

Milli.Az xəbər verir ki, "MimOda" bu dəfə də maraqla qarşılanıb. Tamaşadakı rolları Elmin Bədəlov, Elsa Furtado və Sabir Məmmədov canlandırıb. Tamaşanın rejissoru isə İmam Həsənovdur. Səhnə əsərində fotoları isə fotoqraf Babek Hasanov çəkib.

İdeyası ADO-ya məxsus olan "MimOda 18+" tamaşasının premyerası 2015-ci ildə olub və teatr mühitində birmənalı qarşılanmamışdır. Bir müddət isə tamaşanın nümayişi müvəqqəti olaraq dayandırılmışdı. Tamaşa iki evsiz insanın sevgisindən bəhs edir. Onlar düşünürlər ki, sevginin dili yoxdur. Ancaq dil işə düşəndə hadisələr dəyişir...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

4 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.