Ölkə

Bayılda növbəti sürüşmə - VİDEO - FOTO

16 May 2018 17:52
0 Şərh     Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 15-də Bayılda növbəti torpaq sürüşməsi baş verib. Bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir. 

Səbail Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılıb, binaların qəzalı və təmirə yararsız olması ilə bağlı rəy verilib. Eyni zamanda, rayon icra hakimiyyəti tərəfindən məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub. 

Səbail RİH tərəfindən qabaqlayıcı tədbirlər görülərək sürüşmədən əvvəl Buxta küçəsi 9 ünvanında yaşayan ailələr köçürülüblər. Mayın 15-də isə təhlükəli ərazidən daha bir neçə evin sakinləri köçürülüb. Ümumilikdə, Buxta küçəsindən 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır.

Milli.Az report-a istinadən sürüşmə ərazisindən fotoreportajı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bayılda növbəti sürüşmə

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.