Ölkə

Bayıl sürüşmə ilə bağlı rəy - Səbəb pərakəndə aparılan tikintilərdir

16 May 2018 14:38
0 Şərh     Baxış: 424

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərovun Bayılda baş verən sürüşmə və uçqunlarla bağlı Milli.Az-a müsahibəsi:

- Bayıl ərazisində baş verən çökmə hadisəsinin səbəbləri nədir?

Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində çökmə hadisəsi təbii amillər səbəbindən deyil, məhz texnogen amillər nəticəsində baş verib. Ərazi yüksək mailli yamacda yerləşir, yamacın təbii meyilliyi 35-40 dərəcədir. Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Nəticədə də yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib və bu səbəbdən aşınma və çökmə hadisəsi baş verib. Ümumiyyətlə, bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan bir sahə hesab olunur.

- Hazırda ərazidə hansı işlər görülür?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri müvafiq qurumlarla  birgə ərazidə tədqiqat işləri aparır və  təhlükəli sahənin sərhədləri müəyyənləşdirilir.

Yusif Nəsirli

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.