Ölkə

Bakıda bəzi yollarda hərəkət tam və qismən məhdudlaşdırılıb

16 May 2018 12:54
0 Şərh     Baxış: 906

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt avtomobil yolunun Azneft dairəsi - Bayıl dairəsi arasında yerləşən hissəsində (hər iki istiqamətdə) və Lökbatan-Qobu-Hökməli avtomobil yoluna yeni üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.

Bu məqsədlə sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılıb.

Bundan əlavə sürücülərin diqqətinə çatdırılır ki, Bakı Dairəvi-1 avtomobil yolunda (hər iki istiqamət üzrə) əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılır. Bu məqsədlə avtomobillərin hərəkəti iş gedən zolaqlar üzrə məhdudlaşdırılıb.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Yusif Nəsirli

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.