Ölkə

700 bal toplayan qız xaricdə oxumaq istəyir, amma... - FOTO

16 May 2018 13:30
7 Şərh     Baxış: 6 294

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Xaçmaz rayonu 8 saylı şəhər orta məktəbi (akademik Zərifə Əliyeva adına) və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), III ixtisas qrupu üzrə isə 5 abituriyent (Bakı şəhəri, 45 saylı orta məktəb, 89 saylı orta məktəb, 214 saylı orta məktəb, Bakı Türk liseyi (Türkiyə Dəyanət Vəqfi) və Texniki humanitar liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, rekorda imza atan abituriyentlərdən biri Bakı şəhər 89 saylı orta məktəbin şagirdi Şayxanım Həsənovadır. O, bütün suallara düzgün cavab taparaq maksimum nəticəni göstərib.

Şayxanım Həsənova indiyədək sınaq imtahanlarında heç vaxt 700 bal toplamayıb. O, sayta bildirib ki, bu vaxtadək maksimim 668 bal toplamağı bacarıb. Dediyinə görə, çox vaxt həyəcandan bildiyi sualları da duzgün yaza bilməyib.

"Son imtahanda özümə söz vermişdim ki, ciddi hazırlaşacağam. Son ana qədər çalışdım, 700 bal toplamağı çox istəyirdim. Hazırlıqlara getmişəm. Fənn olimpiadalarında iştirak etmişəm. Tarix fənnindən Respublika mərhələsinə qədər keçsəm də, son mərhələdə sualların tarixlə əlaqəsizliyi ucbatından yer tuta bilmədim. Məktəbdə bütün qiymətlərim "5" olub. Qüvvəmi oxumağa səfərbər etmişəm, saxtakarlıqla qiymət almamışam".

Ş.Həsənova xaricdə təhsil almaq istəsə də, ailəsinin maddi durumu buna imkan vermir:

"Biz 4 uşağıq və ailəmizin imkanı xaricdə təhsil almağıma imkan vermir. Amma həmişə düşünmüşəm ki, xaricdə təhsil alacağam. İnanıram ki, dövlət gələcəkdə bu imkanı mənə yaradacaq. Seçimim hüquqşünaslıq fakültəsi üzrə olacaq, Hansı universitetdə oxuyacağıma qərar verməmişəm. Seçim etməzdən əvvəl müəllimimlə məsləhətləşəcəyəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

7 Şərh:

  • Anonim
    BAHAR · 16 May 13:51140

    Halal olsun!!! Mən şəxsən hər kimin evladı olur olsun fəxr edirəm belə göstəricilər olanda.Uğular!!! Ancaq bizim elə Ali təhsil ocaqlarımız var ki xaricdəndə geri qalmır.Şəxsən Prezident təqüdü ilə oxuyub gələn uşaqlar var ki bizim öz iş yerimizdə şahidiyəm elə savadlıqılar ki vallah xaricdə təhsil alanlardan da artıq.Yəni xaricdə oxumaq hər zaman hər yerdə eyni olmur.

    Cavab yaz
    • Anonim
      alsu · 16 May 14:1280

      kimin ovladi olur olsun bele neticelerle qarwimiza cixanda bele yuksek bal toplayanda fexr edirem ki azerbaycanda ne gozel balalar boyuyur bilikli savadli mukemmel neticedir xeyirli ugurlu olsun

      Cavab yaz
  • Anonim
    555 · 16 May 14:0570

    Mən düşünürəm ki Azərbaycanın ADA unverisiteti kimi universiteti qoyub xaricə getməyə dəyməz mənim qızım magistraruranı bu unverisitetdəoxuyub təhsil müddətində 1 semestr Macarıstan da Təhsil alıb Şukur Allaha hal hazirda həmin unverisitetdə işləyir

    Cavab yaz
  • Anonim
    melik · 16 May 14:1470

    Masallah ugurlari bol olsun

    Cavab yaz
  • Anonim
    Sevil · 16 May 14:1550

    oxuyan burdada da oxuyar.xaricdə oxumaq istəyirsə bu başqa məsələ.

    Cavab yaz
    • Anonim
      $.$.$. · 16 May 15:5120

      Təbrik editəm. butun arzularına catasan.

      Cavab yaz
  • Anonim
    Aydın · 16 May 16:1310

    Uğurlar. Allah və bəndələr köməyin olsun.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.