Ölkə

“Zaur nəvəmin ölümündən şou yaradıb” – İntihar edən abituriyentin babası

16 May 2018 12:48
12 Şərh     Baxış: 6 442
Xəbər verdiyimiz kimi, mayın 13-ü qəbul imtahanından çıxandan sonra 17 yaşlı Pənah Quliyev gecə saatlarında özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edib. Hadisə ilə bağlı Kütləvi İnformasiya Vasitələrində kifayət qədər məqalələr dərc edilib. Amma dünən ATV kanalında Zaur Baxışəliyevin aparıcılığı ilə yayımlanan "Bizimləsən" verilişində 17 yaşlı Pənah Quliyevin ölümü ilə bağlı aparılan müzakirələr mərhmun ailəsinin ciddi narazılığına səbəb olub.
 
Milli.Az xəbər verir ki, Pənah Quliyevin babası Neymət Bayramov unikal.org-a zəng edib. O deyib ki, ailəsi elektron KİV-lərdə nəvəsinin ölümü ilə bağlı yayımlanan xəbərlərdən narazı deyil. Amma N.Bayramov tele-aparıcı Zaur Baxışəliyevin nəvəsi ilə bağlı fikirlərinin ailədə ciddi narahatlıq doğurduğunu deyib:

"Mərhum nəvəmi körpəlikdən mən saxlamışam. Məni qoyub nəvəmlə bağlı kimdənsə "yarımçıq məlumat" almaq heç bir məntiqə sığmır. Hazırda anasının vəziyyəti məlum hadisə ilə bağlı çox pisdir".
Mərhumun babası söhbət əsnasında ağlayaraq bunları deyib: "Mən, Pənah Quliyevin babasıyam, onu özüm böyütmüşəm, bu itkini izah etmək mümkün deyil. Amma səbrimi birtəhər basıb dözürəm, hazırda vəziyyətim normaldır və özümü idarə etməyi bacarıram. Amma Zaur Baxışəliyev kimə istinad edir, kimə arxayın olub bilmirəm... Nəvəm haqqında verilişində ağzına gələni danışır. O kimdir ki, heç bir mənbəyə əsaslanmadan nəvəmin ölümündən verilişində şou yaradıb. Milli mənəvi əxlaqımıza yad olan sözlər danışıb. Zaur əsassız olaraq bildirib ki, nəvəm Pənah Quliyevin intiharı var-dövlət üstündə olub. A kişi, 17 yaşlı uşağın var-dövlətlə nə əlaqəsi ola bilər? Sənin bu açıqlamava mən nə deyim? Ayıb olsun, insanların heysiyyatı ilə oynamaq olmaz. Bunları efirə necə buraxıblar".

Neymət Bayramov heç bir əsası olmadan Zaur Baxışəliyevin nəvəsi ilə bağlı səsləndirdiyi fikirlərinə görə, Milli Televiziya Radio Şurasına müraciət edəcəyini və təkzib olunmazsa, məhkəməyə kimi gedib çıxacağını dilə gətirib: "Mən, sizin vasitənizlə MTRŞ-ya səslənirəm. Zaur Baxışəliyev intihar edən nəvəm barədə verilişində əsassız fikirlər səsləndirib. Xahiş edirəm, onun barəsində ölçü götürəsiniz. Buradan Zaur Baxışəliyevə də müraciət edirəm. Bəsdir, kiminsə ölümündən şou yaratdın. Bəsdir, özüvə süni tamaşaçı auditoriya yaratdın".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

12 Şərh:

  • Anonim
    du er ikke alene · 16 May 12:56140

    programa baxmamiwam ancaq dogurdan artiq bu aparicilar tamam bawlarini itiribler,reytinq ucun elemedikleri qalmir.Adlarini da savadli jurnalist qoyublar hamisi ancaq reytinqden bawqa hecne duwunmurler.Olenin yawi,qohumlarinin ne veziyyetde olmagi da maraqlandirmir bunlari.Gor bir neyi muzakire edib tamawaci toplamaga caliwirlar.

    Cavab yaz
  • Anonim
    D · 16 May 12:57160

    Verlise baxmamisam eger bele bir sey olubsa sene ne ay Zaur.Insanlar ovlad itirib oz derdleri ozlerine besdi sen bundan ozune soy yaratmisan Ayib olsun

    Cavab yaz
  • Anonim
    Yağmur-S · 16 May 12:5781

    Ayıbdır vallah,Allah heç kime bele dağı göstermesin,ağır derddi.bunu ancaq yaşayan biler.Zaur kimilerin başına geler onda bilerlerki derdden şou yaratmırlar ,derde şerik olurlar.inşallah cezaların çekerler.

    Cavab yaz
  • Anonim
    Molla Əmi · 16 May 12:58161

    Ölüdən şou yaradan insanın leş yeyən quzğundan və ya goreşəndən fərqi yoxdu.

    Cavab yaz
  • Anonim
    sumqayitli · 16 May 13:08110

    Harda firildaqci adamlar var Zaurun verilwi sayesinde reklam olunur....Sumqayitdaki " skarlet" salonu Harda firildaqci adamlar var Zaurun veriliwi sayesinde reklam olunur. Sumqayitdaki kosmetoloq Feride kimi. hiyleger,aferistkanin biridir. Amma Zaur onu az qala "oluye can veren" biri kimi teqdim edir her defe. Allah bilsin beleleriynen, insanlarin hissleri ile oynayirlar.

    Cavab yaz
  • Anonim
    Xatirə Bayramova · 16 May 13:10111

    Ağsaqqal, dərdinə mən qızın qurban.Deyən də ki, bəzi teleaparıcıların, telejurnalistlərin lap bazarnı formada yazacam üzr istəyirəm ağzı cırılmalıdır, məni qınayırlar.Əsəbimdən o verilişə baxa bilmədim

    Cavab yaz
  • Anonim
    Roker · 16 May 13:1590

    Bu cur dushuk verlishlerin hamisi baglanmalidi. Butun dushuk aparicilar tvden uzaqlashdirilmalidir. Ve professional sozunu ve ozunu bilen aparicilar tvye gelmelidi. Kasting ( yeni secilme yolu ile) yolu ile secim olmalidi. Insanlarin shexsi heyatina qarishmaqa hec kimin ixtiyari yoxdu. Az esebleri tarima cekin.

    Cavab yaz
  • Anonim
    Xanim · 16 May 13:5321

    Bunlarin Allahi yoxdur,Kecen defe dis hekiminde novbe gozleyirdim.Bir anani nece tehqir edirdiler.oglunu bagli saxladigi ucun.Menim de problemli ovladim var.cox pis oldum.hekimden xahis etdim kanali cevirsin.Derdi ceken biler.o anani yonlendirin de dispansere niye sou yaradirsiz ay derdsiz ekspert ve zaur.O anani ne qinamaq .ne de haqq qazandirmaq olmur.yasamasan bilmezsen.Amma men nece gun balami qucaqlayib agladim dedim Allahim mene goz dagi vermisen wukur meslehetine .bes bu derdsizler.ehlikeflerle niye qarwilawdirirsan.

    Cavab yaz
  • Anonim
    Raul · 16 May 14:1250

    Görəsən Zaurun başına gəlsəydi, başqa birisi hadisəni işıqlandırsaydı, ona necə təsir edərdi?

    Cavab yaz
  • Anonim
    Hətəmpaşa · 16 May 14:1560

    40 manatlıq ,,kişilər"!

    Cavab yaz
  • Anonim
    SS · 16 May 14:24230

    Zaur anncaq ozunun reytinqini fikirlewir ölu baresinde hecne maraqli deyil onun ucun

    Cavab yaz
  • Anonim
    Azarbaycanliyam · 16 May 16:2640

    Allah rahmat eylasin.Bu aparicilar lap aqini cixardib Bir usaqin hayati mahv olub.Bunlarda ozlari ucun retinq yiqir.Zaurun sunu verlislari hamini bezdirib.Bu iki zaurlarin alindan televizora baxmaq olmur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.