Ölkə

Nazir kadr islahatlarından danışdı

16 May 2018 12:45
Baxış: 1 453

"Bizim leksikonumuzda "gənc kadr" sözü yoxdur, bizim leksikonumuzda müasir düşüncəli kadr sözü var".

Milli.Az APA-ya istinadən xəbər  verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyində aparılan kadr islahatlarına münasibət bildirərkən söyləyib.

"O kadr həm gənc, həm də yaşlı ola bilər. Bizim leksikonumuzda yalnız innovativ və müasir düşünən kadr ifadəsi yer alıb. Kənd təsərrüfatı Nazirliyi sistemində kifayət qədər professional, bacarıqlı, müasir düşüncəli kadrlar var. Bu, davam edən prosesdir. Bildiyiniz kimi nazirlikdə indiyə kimi heç kim işdən azad edilməyib. Yalnız rotasiya qaydasında yerdəyişmələr olub və bu formada da davam edəcək", - deyə İ.Kərimov əlavə edib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.