Ölkə

Aysunun videosuna görə işdən qovulan baş həkimin yerinə TƏYİNAT

16 May 2018 12:17
8 Şərh     Baxış: 3 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evinin qalmaqallı baş həkimi Nəhayət Əliyevanın yerinə təyinat olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, 1 saylı Körpələr Evinin baş həkimi N.Əliyevanın uşaqlar üçün gətirilmiş əşyaları özünə məxsus avtomobilə yükləyib apardığını əks etdirən videolar yayıldıqdan sonra Səhiyyə Nazirliyi araşdırma başlatmışdı və o, müvəqqəti olaraq işindən təcrid edilmişdi.

Məlumata görə, araşdırmanın nəticəsi olaraq baş həkim N.Əliyeva vəzifəsindən azad edilib. Artıq onun yerinə təyinat da həyata keçirilib.

1 saylı Körpələr Evindən bildirildi ki, artıq müəssisənin baş həkimi Rəna Ağayevadır.

Qeyd edək ki, bir müddət əvvəl müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova video paylaşaraq, 1 saylı Körpələr Evindən oğurluq edildiyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.