Ölkə

Dərsləri boykot edən müəllim məktəbə qaytarıldı

16 May 2018 11:22
5 Şərh     Baxış: 2 317

Xəbər verdiyimiz kimi, Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev ona edilən haqsızlıqlara görə dərsləri boykot etmişdi. Müəllimin sosial şəbəkə vasitəsilə çağırışları qısa zaman ərzində böyük səs-küyə səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müəllimin tələbləri yerinə yetirilib və məktəbə geri qaytarılıb. 

"Huquqlarımız bərpa olundu. Tədrisə davam edirik. Gələcəkdə əgər yenə təzyiqlər olsa, yenə mübarizə aparacağıq. Bizə English Language Center ingilis dili mərkəzi yaratmağa da kömək edəcəklərini söylədilər. 

Mənə ən çox təsir edən şagirdlərimin dəstəyi oldu. Onlar dəstə-dəstə gəlib mənim məktəbdən getməyimi istəmədiklərini deyirdilər. Elə biz müəllimlərin də ən böyük qazancı o şagirdlərin təhsilidir. Dəstək olan hər kəsə təşəkkür edirəm".

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Rony · 16 May 11:26130

    Yaxşı ki, hələ də vicdanlı müəllimlərimiz var..

    Cavab yaz
  • Anonim
    @@ · 16 May 11:3770

    ehsen!!!Hele de muqeddes muellim pesesini vicdanla yerine yetirenler qalib/Allah uzun omur versin qardas

    Cavab yaz
  • Anonim
    Aida · 16 May 11:4080

    Halal olsun. Belə vicdanlı müəllimləri itirməyin

    Cavab yaz
  • Anonim
    12:23 · 16 May 12:1540

    UGURLAR !

    Cavab yaz
  • Anonim
    du er ikke alene · 16 May 12:4230

    ne yaxwi bir gozel xeber oxuduq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.