Ölkə

Bakı Ali Neft Məktəbində TEDxBHOS keçiriləcək

16 May 2018 11:16
Baxış: 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ali Neft Məktəbində (BANM) "Yayılmağa Dəyər Fikirlər" missiyasının ruhunda yaradılmış məşhur TED layihəsinin TEDxBHOS konfransı həyata keçiriləcək.

Ali Məktəbdən Milli.Az-a verilən məlumata görə, "Alternativ" mövzusu ilə baş tutacaq konfrans 26 may BANM-ın kampusunda keçiriləcək. Konfransa ölkənin müxtəlif sahələrində uğur qazanmış 9 mütəxəssisi öz maraqlı çıxışları ilə qatılacaqlar.

Qeyd edək ki, ildə iki dəfə keçirilən TED hər il dünyanın müxtəlif ölkələrindən, müxtəlif sahələrin insanlarını qlobal konfransda maksimum 18 dəqiqəlik çıxışlara dəvət edir və önəmli, gələcək üçün paylaşılmağa dəyər ideyaları onların vasitəsilə dünyaya çatdırır.

BANM-da keçiriləcək TEDxBHOS konfransı da digərləri kimi qeyri-kommersiya təşkilatı olan TED`in lisenziyası əsasında baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.