Ölkə

Əfv Komissiyasının işi növbəti iclasdan sonra yekunlaşacaq

15 May 2018 17:56
0 Şərh     Baxış: 493

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Milli.Az xəbər verir ki, Komissiyanın üzvü Rəşad Məcid Trend-ə bildirib ki, Əfv Komissiyasının işi növbəti iclasdan sonra yekunlaşacaq. Onun sözlərinə görə, bugünkü iclasda da 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

R.Məcid əlavə edib ki, Komissiyanın bügünkü iclasında həmçinin əcnəbilərin müraciətlərinə baxılıb.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 1200-dən artıq müraciətə baxıb.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.