Ölkə

Xızıda dəmiryol xətti kənarında hərbi sursat tapıldı - FOTO

15 May 2018 20:18
0 Şərh     Baxış: 300

Xızıda dəmiryol xətti kənarında hərbi sursat tapılıb.

ANAMA-dan Milli.Az-a bildirilib ki, mayın 15-də Agentliyə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində partlamamış hərbi sursatların  tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xızı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəmiryol xəttinin kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən əraziyə sonradan atılmış 54 ədəd yanmış döyüş başlığı (53 ədəd VM-30 və 1 ədəd V-30) aşkar olunub və zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş döyüş başlıqlarının ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.