Ölkə

Küçədə polis infarktdan öldü - 3 ay əvvəl atası ilə qardaşını itirib

15 May 2018 17:18
7 Şərh     Baxış: 3 465

Bu gün səhər saatlarında DYP-nin Qaradağ stasionar postunun əməkdaşı, 1968-ci il təvəllüdlü polis serjantı Əşrəf Ağagül oğlu Orucov qəfil ürəktutmadan dünyasını dəyişib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, işdən çıxıb yaşadığı Xırdalan qəsəbəsinə çatan Ə.Orucovun ürəyində qəfil ağrı baş qaldırdığı üçün yaxınlıqdakı aptekdən dərman almaq istəsə də, elə aptekin qarşısında dünyasını dəyişib.

Qeyd edək ki, 3 ay əvvəl mərhumun atası və qardaşı eyni gündə dünyasını dəyişmişdi. Belə ki, bu il fevral ayının 20-də Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilmiş atasına aptekdən dərman alaraq yolu keçmək istəyən Biləsuvar rayon sakini Tarıqulu Orucovu maşın vuraraq öldürmüşdü. Xəstəxanada oğlunun ölüm xəbərini eşidən ata da bu acı xəbərdən dünyasını dəyişmişdi.

Əşrəf Orucov bu gün anadan olduğu Biləsuvar rayonunda torpağa tapşırılacaq.

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    wekili · 15 May 17:2580

    cox pis bax bu esl aile faciesidir...ALLAH rehmet elesin, ailesine sebr versin

    Cavab yaz
  • Anonim
    NHJN · 15 May 17:2570

    VAY-VAY ..ÇOX PİS. ALLAH RƏHMƏT ELƏSİN.

    Cavab yaz
  • Anonim
    Yağmur-S · 15 May 17:4250

    Dehşet!!! Aile buna nece dözecek.yaxınlarına sebr dileyirem

    Cavab yaz
  • Anonim
    Kenan Goycay · 15 May 17:5350

    Allah rehmet elesin Allah yerin cennet elesin InwaAllah.

    Cavab yaz
  • Anonim
    Şahin Həsənli · 15 May 18:0030

    Can yazıq Allah Atasınada Qardaşınada özünədə rəhmət eləsin

    Cavab yaz
  • Anonim
    Şahin Həsənli · 15 May 18:0030

    Allah rəhmət eləsin

    Cavab yaz
  • Anonim
    Daglı · 15 May 19:4530

    Allah rəhmət eləsin...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.