Ölkə

"Heç kimə imkan verməməliyik ki, Azərbaycanda dini qarşıdurma yaratsın"

15 May 2018 12:33
Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi dairələr daxildən və xaricdən Azərbaycana təsir göstərmək istəyir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.

A.Paşazadə bildirib ki, həmin qüvvələrin məqsədi Azərbaycanda dini qarşıdurma yaratmaqdır: "Dini amildən istifadə edərək İraqda, Suriyada vəziyyəti qarışdırdılar və Azərbaycanda da bu hadisələri törətmək istəyənlər var, erməni lobbisi də bu işdə fəaldır, onlar bizi yoldan çıxarmaq istəyirlər".

A.Paşazadə dindarları bu məsələlərdə diqqətli olmağa çağırıb: "Bu məsələlərdə diqqətli olmalıyıq, heç kimə imkan verməməliyik ki, Azərbaycanda dini qarşıdurma yaratsın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.